top of page

Create Your First Project

Start adding your projects to your portfolio. Click on "Manage Projects" to get started

OZZI

Tarix

2020

Yer

Bakı, Azərbaycan

Pandemiyanın çətin vaxtlarında İTALDIZAIN HOLDİNQ mənə müraciət edərək məni iddialı OZZI layihəsinin bir hissəsi olmağa dəvət etdi. Onların məqsədi bütün məhsul kataloqunu onlayn butikə keçirmək idi və ağ fonda yüksək keyfiyyətli məhsul fotoları tələb edirdilər. Görülməli olan iş həcmi ilə müqayisədə verilən vaxt olduqca az idi.

Üç ay ərzində mən özümü bu layihəyə həsr etdim və 5000-dən çox məhsulun şəklini çəkdim. Bəzən bir gün ərzindədə 200-ə qədər məhsulun şəklini çəkirdim. Məhsullar isə mağaza daxilində çəkilirdi və bunun üçün xüsusi daşınabilən mini studiya hazırlamışdım.

Şirkət haqqında: Ozzi, ITALDIZAIN-in bir hissəsi olaraq, Azərbaycanda ən böyük onlayn butikdir. Hər zövqə uyğun malların geniş seçimini təmin edir. Buradan nəfis zinət əşyaları, qab-qacaq məmulatları, tekstil, ev aksesuarları və s. əldə etmək olar. Sayt dünyaca məşhur brendlərin eksklüziv məhsullarını təqdim edir.

bottom of page